17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sərt karantin rejimi uzadılacaq? - Hökumətdən açıqlama
Tarix: 29-06-2020 17:18 | Bölmə: Cəmiyyət
Sərt karantin rejimi uzadılacaq? - Hökumətdən açıqlama

8 rayon və şəhərdə tətbiq edilən sərt karantin rejiminin uzadılıb-uzadılmaması situasiyadan asılı olacaq, bu, hələlik müzakirə olunmur.

Reyting.az
xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, hələ qarşıda 1 həftə var:

“Situasiyadan asılı olaraq, vəziyyətə müvafiq qərar veriləcək. Bu barədə də ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}