17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Astarada toy mərasimi yarımçıq dayandırılıb
Tarix: 07-07-2020 11:26 | Bölmə: Xəbərlər
Astarada toy mərasimi yarımçıq dayandırılıb

Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən xəbərə görə, dərhal polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar.

Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

E.Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}