07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirilib - Fotolar
Tarix: 15-08-2020 11:03 | Bölmə: Xəbərlər
Narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirilib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçiriblər.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Rayiv Nəzərov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən və həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 26 kiloqrama yaxın olan 8 ədəd çətənə kolu, eləcə də 2 ədəd sintetik kisədə və plastik qabda 4 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. R. Nəzərov narkotik vasitəni may ayında əkib-becərdiyini, onun yarpaqlarını yığaraq qurutduğunu bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirilib
Narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirilib
Narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirilib
Narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}