Təhsil naziri məsləhətçini yüksək vəzifəyə təyin edib
Tarix: 18-09-2020 13:51 | Bölmə: Cəmiyyət
Təhsil naziri məsləhətçini yüksək vəzifəyə təyin edib

Sumqayıt Şəhər Təhsil Şöbəsində yeni təyinat olub.

Reyting.az
-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin məsləhətçisi Ramin Abbasov müdir müavini vəzifəsinə təyin edilib. R. Abbasov indiyədək bu vəzifəni müvəqqəti icra edirdi.

Qeyd edək ki, müdir müavini vəzifəsini 2015-ci ilin noyabr ayından 2017-ci ilin yanvar ayına qədər Firidun Həmzəyev tuturdu. F. Həmzəyev işdən azad olunduqdan sonra sözügedən vəzifəyə təyinat olmamışdı.(Xeberle.com)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}