Heydərovun oğlundan Ali Məhkəməyə şikayət ediblər
Tarix: 20-09-2020 18:48 | Bölmə: Cəmiyyət
Heydərovun oğlundan Ali Məhkəməyə şikayət ediblər

Kəmaləddin Heydərovun oğlu Tale Heydərova qarşı məhkəmə prosesi keçirilib.

Reyting.az
xəbər verir ki, Tale Heydərov Biləsuvar rayonunda Çinarə Telman qızı Əliyevaya məxsus əkin sahəsini zəbt edib. Bundan sonra qadın yerli məhkəməyə müraciət etsə də, məhkəmə prosesini uduzub. Qadın 1-ci instansiya məhkəməsinin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət verib. Hakim Fehruz Abbasovun sədrliyi ilə keçirilən prosesində 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Çinarə Əliyeva Ali Məhkəməyə kassasiya şikayəti verib. Sentyabrın 14-də hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə də qadının kassasiya şikayəti təmin edilməyib və qətnamə dəyişdirilmədən saxlanılıb.

Ali Məhkəmədə qətnamənin qüvvədə saxlanılmasını Çinarə Əliyevanın vəkili Ağabba Qədirov təsdiqləyib.(Unikal.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}