Ermənistan KİV-ləri növbəti dəfə yalan məlumat yayıb
Tarix: 13-01-2021 23:39 | Bölmə: Siyasət
Ermənistan KİV-ləri növbəti dəfə yalan məlumat yayıb

Ermənistan tərəfinin iddialarının əksinə olaraq Rusiya sülhməramlıları Qarabağ bölgəsində atəşkəs rejiminin pozulmadığını bildirir.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin deyib.

Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postundan bölgədəki vəziyyətin gecə-gündüz monitorinqi aparılır və atəşkəs pozuntuları qeydə alınmayıb.

Qeyd edək ki, bu gün erməni KİV-lərində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb.

Onu da qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da Azərbaycan Ordusunun 2020-ci il noyabrın 10-da əldə edilən üçtərəfli razılaşmaya sadiq olduğunu və atəşkəsi heç bir halda pozmadığını bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}