17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Keçmiş məhkumdan heroin götürülüb
Tarix: 07-12-2021 08:42 | Bölmə: Xəbərlər
Keçmiş məhkumdan heroin götürülüb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirib.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildiriblər ki, əməliyyat tədbiri nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Cəfərov özünə məxsus “Ford” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilib. Nəqliyyat vasitəsinə, həmçinin onun üzərinə baxış keçirilən zaman şprislər və külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}