23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Prokurorluq kanal rəhbərinə xəbərdarlıq edib
Tarix: 23-09-2022 15:32 | Bölmə: Xəbərlər
Prokurorluq kanal rəhbərinə xəbərdarlıq edib
Əziz Orucov

"Kanal 13" adlı “Youtube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq edilib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Qeyd olunur ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13"də sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.(Report)




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}