08:41 / 11-12-2024
Dmitri Medvedev Pekindədir
Rəssamın “Zəfər müjdəsi” bu dəfə İstanbulda - Fotolar
Tarix: 28-06-2024 10:56 | Bölmə: Mədəniyyət
Rəssamın “Zəfər müjdəsi” bu dəfə İstanbulda

Tanınmış rəssam, İçərişəhərdəki “Bakı” rəsm qalereyasının rəhbəri Eldəniz Babayevin Türkiyənin İstanbul şəhərində “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb.

Reyting.az
xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi, Azərbaycan Atatürk Mərkəzi, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzi, Rəssamlar İttifaqı, “Bakı” rəsm qalereyası, “Yeni Gallery” Bakı Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sərginin açılışında diplomatlar, Türkiyənin və Azərbaycanın tanınmış sənət adamları, ictimai xadimlər iştirak ediblər.

İstedadlı rəssam Eldəniz Babayev tədbir barədə təəssüratlarını “Reytinq” qəzeti ilə bölüşüb, sərginin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib: “Hələ ötən ilin mayında-Respublika Günü ərəfəsində Bakıdakı Muzey Mərkəzində “Zəfər müjdəsi” adlı fərdi sərgim açılmışdı. Müəllif olaraq bu sərgini Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin 100 və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etmişdim. “Zəfər müjdəsi” bizim 44 günlük Vətən savaşında qələbəmizə qardaş Türkiyənin verdiyi mənəvi dəstəyi simvolizə edən bir sərgi olduğundan bu tədbirin İstanbulda da keçirilməsi təklif edilmişdi. Çox şadam ki, nəzərdə tutulan sərgini reallaşdırmaq mümkün oldu. Bu işdə zəhməti olan hər kəsə, xüsusi ilə sərginin kuratoru Azərbaycan Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərova minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, İstanbuldakı “Zəfər müjdəsi” adlı sərgi iyulun 5-dək davam edəcək.




(Fotolar Azərtac-a məxsusdur)

E. İSMAYILOV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər