Məşhur "Terminator"-un rejissoru filmdə dəyişiklik istəyir - Foto
Tarix: 21-09-2024 09:17 | Bölmə: Mədəniyyət
Məşhur "Terminator"-un rejissoru filmdə dəyişiklik istəyir

Dünyaca məhşur "Terminator" filminin böyük ekranlara çıxmasından 40 il ötür. Reyting.az xəbər verir ki, bu barədə "Cinema" nəşri yazıb.

Milyonlarla tamaşaçısı olan ekran əsərinin rejissoru Ceyms Kemeron deyib ki, filmin sonrakı hissələri ilk növbədə mövcud şablonları rədd etməli və tamamilə yeni hekayələr danışmalıdır.

Kemeronun sözlərinə görə, daha həmin köhnə aktyor heyətini sürükləməyin mənası yoxdur, çünki əvvəlki hissələrdəki personajlar da artıq öz təsirlərini itiriblər. Belə çıxır ki, köhnə prinsiplərə sadiq qalmaq yeni izləyiciləri itirmək deməkdir.



C. Kemeron daha sonra dediklərinə belə bir əlavə edib: "Şəxsən mən inanmıram ki, belə davamla gələcəkdə çəkiləcək filmlərin böyük uğur qazanmaq şansı olsun. Artıq fərqli zamanlar, həmçinin istehsalın başında fərqli insanlardır, eləcə də auditoriya çox fərqlidir”.

"Terminator" mövzusuna gəlincə, rejissor qeyd edib ki, iki ildə bir dəfə 1 və ya 2 hissəyə nəzər salmaq kifayətdir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
18-08-2024, 10:28 Məşhur aktyor vəfat edib