Xalq artisti döyülmədiyini deyir: "Yalandır"
Tarix: 08-04-2025 14:00 | Bölmə: Mədəniyyət
Xalq artisti döyülmədiyini deyir: "Yalandır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ("Azdrama") Bədii Şurasında aktyorlar arasında dava baş verib.

İddialara görə adının açıqlanmadığı gənc aktyor xalq artisti Əli Nura yumruq vurub. Yaşanan əlbəyaxa davadan sonra xalq artisti hadisə yerindən uzaqlaşdırılıb.

Reyting.az xəbər verir ki, Azxeber.com məsələ ilə bağlı xalq artisti Əli Nurla əlaqə saxlayıb.

Aktyor haqqında çıxan xəbərləri təkzib edib: "Bayaqdan hər kəs məni yığır, hadisə haqda məlumat öyrənməyə çalışır. Axı sizə kim deyir ki, mən dava salmışam, məni vurublar? Belə şey olmayıb. Bununla bağlı teatrdan da rəsmi cavab ala bilərsiniz".

"Döyüldüyünüzə görə polisə müraciət etdiyiniz doğrudur?" sualına isə xalq artisti belə cavab verib: "Yazılan xəbərlərin heç biri doğru deyil. Mən polisə şikayətçi olmamışam".




Bölməyə aid digər xəbərlər