Ufada Əhməd Yasəvi sərgisi açılıb - Fotolar
Tarix: 11-07-2025 08:03 | Bölmə: Mədəniyyət
Ufada Əhməd Yasəvi sərgisi açılıb

Başqırdıstan Respublikasının Milli Muzeyində “Qədim Türküstan və Yasəvi irsi” devizi ilə beynəlxalq sərginin təntənəli açılış mərasimi olub.

Reyting.az
xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

Respublikanın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən yaydığı məlumatda deyilir: “Sərgidə qədim Türküstanın tarixi ilə bağlı maddi-mənəvi eksponatlar yer alıb. XII əsrin görkəmli filosofu, şairi və sufi mütəfəkkiri, Türk dünyasının mədəniyyətinə ciddi təsir göstərmiş Xoca Əhməd Yasəvinin həyat və irsinə Başqırdıstanda xüsusi diqqət yetirilir”.




V. QULİYEV




Bölməyə aid digər xəbərlər