AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb - (Yenilənib)
Zəngilana növbəti karvan gedib - (Yenilənib)
ABŞ-ın sülh sənədinə nə Rusiya, nə də Ukrayna imza atacaq - Ekspert
Daha 16 ailə Qırmızı Bazara köçürülüb
Əli Kərimli və Məmməd İbrahim DTX-da dindiriliblər - (Yenilənib)
Azərbaycan və Ermənistan nümayəndə heyətləri Qəbələdə görüşüblər - Fotolar
Ermənistan KTMT ilə vidalaşır?
Əməkdar artist yeni vəzifəyə təyin olunub
179 mənzil güzəştli qiymətlərlə satışa çıxarılacaq
Ölkəmizə qanunsuz yolla 2 milyon 440 min manatlıq qızıl məmulatlar gətirmək istəyiblər - Fotolar
Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib - (Yenilənib)
Aqrar Sığorta Fondunda 712 minlik şübhəli sığorta əməliyyat aparılıb
Tarix: 03-12-2025 10:24 | Bölmə: Mədəniyyət

“Eşitmişəm ki, bir qrup ziyalı “Azərbaycanfilm” kinostudiyasının yenidənqurma və təmiri üçün aidiyyatı qurumlara müraciət ünvanlayıb. Bu çox yerində olan müraciətdir. Görünür, buna reaksiya verəcəklər. “Azərbaycanfilm” kinostudiyası təmir olunmalıdır. Bu təşəbbüsü ancaq alqışlaya bilərəm. Biz də öz növbəmizdə müraciətlər ünvanlamışıq”.
Reyting.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib.
O daha sonra bildirib ki, kinomuzun inkişafı zamana bağlıdır:
“Azərbaycanda kinonun inkişafı bir az zaman işidir. Bu bir az vaxt alacaq. Yəqin ki, o günlər elə də uzaqda deyil. Mən görməsəm belə o günləri gənclər görəcək. 5-10 il geciksək də bu inkişaf baş tutacaq. Mən hələ də düşünmürəm ki, arzuladığım bütün obrazları oynamışam. Xeyr! Hələ də kino üçün edəcəklərim var. Sadəcə olaraq şərait olmalıdır. Yaşım imkan verir, kaş kinostudiyanın qaynar həyatı olardı. Mən işdən çıxıb işə getmək istəyirəm. İnsan doğulub, yaşayır və nəhayət ki, dünyasını dəyişir. Nə qədər ki, sağam istəyirəm ki, məndən istifadə etsinlər. Yaşlı vaxtımda da rol oynamaq istəyirəm. Tələsirəm ki, ömrüm birdən buna yetməz. Axı mən aktyoram, mənim də arzularım var”, - deyə sənətkar bildirib.
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək