AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb - (Yenilənib)
Zəngilana növbəti karvan gedib - (Yenilənib)
ABŞ-ın sülh sənədinə nə Rusiya, nə də Ukrayna imza atacaq - Ekspert
Daha 16 ailə Qırmızı Bazara köçürülüb
Əli Kərimli və Məmməd İbrahim DTX-da dindiriliblər - (Yenilənib)
Azərbaycan və Ermənistan nümayəndə heyətləri Qəbələdə görüşüblər - Fotolar
Ermənistan KTMT ilə vidalaşır?
Əməkdar artist yeni vəzifəyə təyin olunub
179 mənzil güzəştli qiymətlərlə satışa çıxarılacaq
Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib - (Yenilənib)
Ölkəmizə qanunsuz yolla 2 milyon 440 min manatlıq qızıl məmulatlar gətirmək istəyiblər - Fotolar
Aqrar Sığorta Fondunda 712 minlik şübhəli sığorta əməliyyat aparılıb
Tarix: 03-12-2025 10:57 | Bölmə: Cəmiyyət

Qorxu hissi gündəlik yaşantının bir parçasıdır. Qorxu görünən və görünməyən təhlükələrin qarşısında göstərilən təbii reaksiya, təhlükələrə qarşı xəbərdarlıqdır. Qorxu hissinin olması onu üzləşdiyi təhlükədən qaçmağa, gizlənməyə ya da mübarizə apararaq qorunmağa məcbur edir. Uşaqlarda aşkarlanan qorxular yaşa görə dəyişir.
Bu barədə məlumat verən Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi Günəş Əfəndiyeva Reyting.az-a deyib:
“Kiçik yaşlı uşaqlarda qorxu hissi daha çox olur. Yaşa dolduqca, özünə inam hissi gücləndikcə, biliklərə yiyələndikcə onu narahat edən qorxular daha da azalır. 2-3 yaşındakı uşaq ildırım çaxmasından, yüksək səslərdən qorxur. 3-4 yaşında daha çox qaranlıqdan, dərinlikdən qorxmağa başlayır. Sonrakı yaşdakı uşaqlar itdən, yıxılmaqdan, əzilən yerinin qanadığını görməkdən qorxurlar. 6 yaşında isə yanğın, zəlzələ və s. kimi hadisələr uşaq fobiyalarının yaranmasına səbəb olur. Həmin yaşdakı uşaqlar hadisələri şişirdərək onlardan qorxulu nəticələr çıxarırlar”.
G. Əfəndiyeva təəssüf hissi ilə qeyd edib ki, bir sıra hallarda valideynlər uşaqları qorxu hissindən uzaqlaşdırmaq və sakitləşdirmək üçün hədələmək, vahimə yaratmaq, daha qorxulu bir hadisəni uşağa xatırlatmaq kimi yanlış formalardan istifadə edir və bununla onları daha da qorxaq böyüdürlər: “Onların uşaqlara etdikləri xəbərdarlıq və digər sakitləşdirmə üsulları azyaşlının şüuraltına yerləşir, yeni qorxular yaradır və uşağın psixi aləminə mənfi təsir edir”.
Müsahibimiz fikrinə davam edərək deyb: “Bəzi valideynlər isə uşaqları bu cür üsullarla qorxutmasalar da, onları hədsiz dərəcədə qoruyurlar. Əslində bu da tamamilə yanlışdır. Hədsiz qorunan uşaqlarda qorxular daha da artır. Hədsiz qorumaq nəticəsində uşaqların özünə inam hissləri getdikcə azalır və onlar biliklərə yyələnməkdən, fikirlərini ifadə etməkdən, müstəqil qərar vermək və hərəkət etməkdən çəkinirlər. Məsələn, 5 yaşlı uşağa tək həyətə düşmək, yaşıdları ilə oynamaq, əylənmək imkanı verilsə, bu, uşaq üçün daha yaxşı olar. O, getdikcə həm qorxu hissindən uzaqlaşar, həm də onda özünə inam hissi güclənər.
Lakin valideyn təfəfindən yaradılmayan başqa qorxular da var. Keçirilən qəza, evə oğrunun girməsi, yanğın, zəlzələ, ildırım çxması, göy guruldaması, şiddətli və qorxulu filmlər, qaranlıq otaqda qalmaq və s. Bunlarla yanaşı gecə qorxuları da var. Uşaqda gecə yataq otağına getmək istəməmək, anasıyla yatmaq, yuxuya gec getmək kimi hallar da ola bilər. Bunun qarşısını almaq və aradan qaldırmaq üçün hansısa hədə-qorxu gəlmək, aldatmaq, yalan vədlər vermək və ya uşağı müvəqqəti sakitləşdirən vasitələr təbiq etmək əvəzinə onu narahat edən halların səbəbini, kökünü öyrənmək və qorxu hissi yaranmasına gətirib çıxaran amilləri öyrənəndən sonra səbir və təmkinlə başa salmaq, anlatmaq, izah etməklə uzaqlaşdırmaq lazımdır”.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək