17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Varlılar da ağlayır” serialının baş qəhrəmanı karyerasını bitirib
Tarix: 13-09-2019 17:12 | Bölmə: Mədəniyyət
“Varlılar da ağlayır” serialının baş qəhrəmanı karyerasını bitirib

“Varlılar da ağlayır” və “Vəhşi qızılgül” Meksika seriallarından Azərbaycan tamaşaçısının da yaxşı tanıdığı Veronika Kastro yaradıcılıq karyerasının başa çatdığını bildirib.

“Mən çox sevdiyim, bütün həyatımı və məhəbbətimi verdiyim 53 illik sənətimlə vidalaşıram”, – 66 yaşlı aktrisa öz instaqram səhifəsində yazıb.

Reyting.az xəbər verir ki, Kastro öz qərarını “aqressiya və istehzalardan” yorulması ilə izah edib. “Mən bütün bunlardan yoruldum artıq və rahatlıq istəyirəm”, – o, sözlərinə əlavə edib.

Veronika Kastro bir çox televiziya filmlərində və teatr tamaşalarında iştirak edib, “Varlılar da ağlayır” və “Vəhşi qızılgül” serialları ona dünya şöhrəti qazandırıb.

Ötən əsrin 80-ci illərində Azərbaycan televiziya tamaşaçıları da onu yaxşı tanıyır, sevirdilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}