16:43 / 05-12-2025
"Telegram"da vətəndaşlara saxta iş təklifləri gəlir
16:37 / 05-12-2025
Qərb və Avropa Ermənistanda baş verənlərə susur
16:11 / 05-12-2025
Əli Kərimlinin şikayəti təmin olunmayıb
16:05 / 05-12-2025
Məktəbdə kütləvi zəhərlənmə olub - (Yenilənib)
16:03 / 05-12-2025
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib
16:00 / 05-12-2025
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
15:30 / 05-12-2025
Sədrin müşaviri vəzifədən azad edilib
15:10 / 05-12-2025
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
15:01 / 05-12-2025
Saytlarda niyə problem yaranıb? - Açıqlama
14:56 / 05-12-2025
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
14:16 / 05-12-2025
Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb
14:00 / 05-12-2025
Ukrayna düyünü: kompromis tapılacaqmı?
13:52 / 05-12-2025
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
13:29 / 05-12-2025
Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - Yenilənib
13:10 / 05-12-2025
İranda böyük problem: İslam Respublikası qonşu ölkələrdən su alacaq
13:04 / 05-12-2025
İran xarici işlər naziri dekabrın 7-də Bakıya gələcək
12:48 / 05-12-2025
Prezident İlham Əliyev Tailand Kralına məktub göndərib
12:43 / 05-12-2025
Britaniya və Norveç Rusiyanın sualtı qayıqlarını vuracaq
12:38 / 05-12-2025
“Sabah” klubu məhkəmədə qapıçıya uduzub
12:30 / 05-12-2025
Sabah yağış yağacaq - Proqnoz
12:28 / 05-12-2025
Balakişi Qasımov federasiya prezidenti seçilib
12:23 / 05-12-2025
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunacaq
12:19 / 05-12-2025
Cəbrayıla növbəti köç karvanı gedib
12:13 / 05-12-2025
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
12:13 / 05-12-2025
250 min dollar rüşvət istəyən deputatın evində axtarış aparılır
12:03 / 05-12-2025
İçərisində sərnişinlərin olduğu təyyarə yanıb
11:56 / 05-12-2025
Vitse-prezident: Yaxın həftələrdə xoş xəbərlər olacaq
11:54 / 05-12-2025
Tarix və mədəniyyət abidələrinin qorunması: cərimələr artırılır
11:37 / 05-12-2025
Bu qanunu pozanlar cərimələnəcək
19:04 / 30-11-2025
Cəlilabadda arvad ərini öldürüb
21:07 / 30-11-2025
Sabiq icra başçısı ilə Cəmil Həsənli sərbəst buraxılıblar
09:57 / 01-12-2025
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
13:56 / 03-12-2025
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir
08:39 / 01-12-2025
16:06 / 01-12-2025
Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edilib
11:40 / 01-12-2025
Gültəkin Hacıbəylini Türkiyədən Azərbaycana gətiriblər
20:46 / 04-12-2025
Makron: ABŞ Ukraynaya xəyanət edə bilər
12:12 / 02-12-2025
Deputat: “Beşinci kolon” yaratmaq əməlləri pislənməli, xainlər cəzalandırılmalıdır
00:01 / 01-12-2025
Laçının işğaldan azad edilməsindən 5 il ötür
17:23 / 02-12-2025
2026-cı ilin bayram günləri müəyyən edilib
Azərbaycanlı rəssam Amerika prezidentini necə heyrətləndirdi? - Fotolar
Tarix: 03-05-2020 14:15 | Bölmə: Mədəniyyət

Etibar CƏBRAYILOĞLU
Əsəri Bill Klintona hədiyyə olunan tanınmış xalçaçı rəssam Afaq Kərimova: "Çox xoşbəxtəm ki, xalçalarım hər gün dünyanın müxtəlif muzeylərində sərgilənir"
Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib. Elə təkcə bu faktın özü Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, dünya mədəniyyətinə necə böyük töhfələr verdiyini sübuta yetirir.
Artıq bir neçə ildir ki, mayın 5-i Xalçaçı Günü kimi qeyd olunur və həmin gün Azərbaycanda bu sahədə çalışan insanların peşə bayramı sayılır. Bayram ərəfəsində həmsöhbət seçdiyimiz Afaq Kərimovanın da milli xalçaçılıq sənətinin inkişafında mühüm xidmətləri var. Afaq xanımın əsərləri təkcə Azərbaycanda deyil, ABŞ-da, Fransada, Türkiyədə, İspaniyada keçirilən sərgilərdə dəfələrlə nümayiş etdirilib, məşhur muzeylərin daimi eksponatına çevrilib.
Tanınmış xalçaçı rəssam Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş rəssam və şöbə midiri kimi çalışıb, Hüseyn Cavidin ev muzeyinin tərtibatında böyük əmək sərf edib. Rəssamlar İttifaqının üzvü, Xəzər Universitetinin Dekorativ Tətbiqi Sənət Muzeyinin direktorudur.
Yeri gəlmişkən, Afaq xanımın ailə üzvləri də yaradıcı insanlar, tanınmış rəssamlardır. Həyat yoldaşı Rafael Əsədov Əməkdar mədəniyyət işçisi, "Humay" mükafatı laureatıdır, milli televiziyamızın Qızıl Fonduna daxil edilən "Topal Teymur", "Ac həriflər", "Nigarançılıq" kimi teletamaşaların quruluşçu rəssamı olub.
Hazırda Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətlə məşğuldur.
Qızı Əfşan quruluşçu rəssam olaraq Abdulla Şaiq adına Dövlət Kukla Teatrında hazırlanan bir neçə uğurlu tamaşaya quruluş verib, Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" elan olunub.
"Yasəmən" adlı ilk fərdi sərgisini sənətşünaslar maraqla qarşılayıblar, Prezident təqaüdçüsü Əfşan həm də modelyer kimi çalışır.

Evdə və işdə daim yaradıcı insanların əhatəsində olan Afaq xanım Kərimova söhbət zamanı ustadı Lətif Kərimovdan, dünyanın müxtəlif muzeylərində sərgilənən əsərlərindən, gələcək planlarından danışır.
- Görkəmli xalçaçı rəssam Lətif Kərimovun güvəndiyi tələbələrindən biri ilə üz-üzə oturmuşuq. Mərhum Lətif müəllimin tələbkarlığından çox danışırlar, bəs siz onu bir pedaqoq kimi necə xarakterizə edərdiniz?
- Müəllimim olması ilə hər zaman fəxr etdiyim böyük sənətkar, alim Lətif Kərimov öz sənətinin dərin bilicisi, dünya təsviri sənəti barədə dolğun məlumatı olan bir insan idi.
Təbii ki, hər dərsimizdə qarşımızdakının məhz Lətif Kərimov kimi bir korifeyin olduğunun fərqində idik, bu məsuliyyəti hiss edirdik. Artıq birinci kursda hər tapşırıqdan sonra Lətif müəllim mənim planşetimi götürüb müəllimlər otağında nümayiş etdirirdi. Bu gənc bir tələbə kimi məni sevindirirdi, bir yandan da dərk edirdim ki, qətiyyən arxayınlaşmaq olmaz.
- Sənət müəlliminizin rəğbətini necə qazana bildiniz?
- Lətif müəllim görkəmli sənətkar olmaqla yanaşı, mahir pedaqoq idi, öz tələbələrinə sənətə yaradıcı yanaşmağı öyrədirdi. İlk semestrin sonunda Lətif müəllimin tapşırığından kənara çıxıb onun portretini qrafik üsulla, ornamentlərlə işlədim. Ustadın çox xoşuna gəldi, məsləhətlərini verdi. Bu portret həm də mənim gələcək sənət yolum üçün yaşıl işıq yandırdı.
O zaman Bakıda xalça simpoziumu keçirilirdi və Mədəniyyət Nazirliyi Lətif Kərimovla bağlı buklet çap etməyə hazırlaşırdı. Lətif müəllimin məsləhəti ilə həmin əsərim bukletdə dərc olundu. Fransanın "Xeli" jurnalında dərc olunan məqaləsində çəkdiyim portretdən ətraflı bəhs etdi, xoş sözlər yazdı. Yaradıcılığımda hər zaman Lətif Kərimovun böyük qayğı və diqqətini gördüm, ona görə də unudulmaz müəllimimi daim ehtiramla anır, verdiyi məsləhətlərə bu gün də əməl etməyə çalışıram.
- Bu yaxınlarda Milli Xalça Muzeyində təşkil olunan mühazirənizdə iştirak edərkən maraqlı bir faktı öyrəndim. Məlum oldu ki, Əbülfəz Elçibəy ölkə prezidenti kimi Milli Məclisdə and içərkən parlamentin tribunasından sizin əsəriniz olan xalça asılıb...
- 1990-cı ildən "Azərxalça" İstehsalat Birliyində baş rəssam işləyirdim. Həmin dövrdə mənim təklifimlə eksperimental sex açdıq və xalqımızın istiqlalı mövzusunu özündə əks etdirən "Azərbaycan" adlı individual bir xalça toxundu.
Mərhum prezident Əbülfəz Elçibəyin 1992-ci ildə keçirilən andiçmə mərasimində məsləhət oldu ki, palamentin tribunasında məhz həmin xalça asılsın. Bir müəllif olaraq təbii ki, bu məni çox sevindirdi.
- Həmin xalçanın sonrakı taleyi bəs necə oldu?
- Sözün açığı, həmin xalçanın sonrakı taleyi barədə heç bir məlumatım yoxdur, bilmirəm haradadır. "Azərbaycan" adı həmin xalça muzeydə olmayan yeganə əsərimdir. Gələcəkdə mərhum dövlət başçısı, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə ev muzeyi təşkil olunsa çox istərdim ki, həmin xalça tapılıb muzeyə verilsin.
- Bayaq xatırlatdığım mühazirənizdə o da məlum oldu ki, başqa bir xalçanız ABŞ prezidentinə bağışlanılıb. Bəlkə bu barədə bir qədər ətraflı danışaq...
- Yaratdığım ekspereimental sexdə işlədiyim dövrdə mühüm bir dövlət sifarişi aldım. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə ABŞ-a ilk rəsmi səfərinə hazırlıq görülürdü, Amerikanın o zamankı prezidenti Bill Klintona hədiyyə olunacaq xalça hazırlamalı idim.
Yəqin oxucular da razılaşar ki, belə bir dövlət əhəmiyyətli sifarişi vaxtında və keyfiyyətlə yerinə yetirmək necə məsuliyyətli bir işdir. Çox düşünəndən sonra qərara gəldim ki, bu əsər həm də müstəqil, demokratik Azərbaycan dövlətinin dünyaya sülh mesajını ötürsün. Sevinirəm ki, nəzərdə tutulan sifarişi vaxtında və keyfiyyətlə tamamlaya bildim, yüksək sıxlıqlı, təbii rənglərlə toxunan xalça bəyənildi və Ulu Öndər ABŞ-a ilk səfəri zamanı həmin o xalçanı amerikalı həmkarı Bill Klintona hədiyyə etdi. Səfərdən sonra Klintonun mərhum Heydər Əliyevə məktubunda müəllifi olduğum xalça ilə bağlı da məqamlar var idi. ABŞ prezidenti həmin gözəl xalçanın dərin mənasını anladığını və əsərə heyranlığını minnətdarlıqla bildirmişdi.

- Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin ev muzeyinin tərtibatı da məhz sizə həvalə olunub...
- Böyük söz və fikir ustası Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, ev muzeyinin yaradılması, heykəlinin ucladılması mədəniyyətimiz üçün böyük hadisədir.
Xoşbəxtəm ki, bu məsələdə, xüsusi ilə ev muzeyinin tərtibatında mənim də yaxından əməyim keçib. Hüseyn Cavidin ev muzeyinin tərtibatı ilə məşğul olmaq təklifi böyük şairin yadigarı Turan Caviddən gəldi. Turan xanım mənim müxtəlif muzeylərdə və sərgilərdə nümayiş etdirilən əsərlərimlə tanış olmuş və bəyənmişdi. Ev muzeyinin açılışı üçün Hüseyn Cavidə həsr olunmuş xalçanı da hazırlamağımı xahiş etdi. Xalçanı görəndən sonra çox bəyəndi, dedi ki, sən bu mövzuya çox bələdsən, istərdim muzeyin tərtibatı ilə də məhz sən məşğul olasan. Turan xanımla hər ünsiyyət maraqlı və yaddaqalan idi. Onunla görüşlərim yaddaşımda, dünyaya baxışımda dərin izlər buraxıb.
Bu gün Cavidin ev muzeyində dövlət sifarişi və Turan xanımın istəyi ilə "Cavidlər" adlı 4 sujetli xalçam və 5 batik əsərim nümayiş etdirilir.
- Xəzər Universitetində Dekorativ Tətbiqi Sənət Muzeyinə rəhbərlik edirsiniz, orada həm də xalçaçılıqla bağlı laboratoriya yaradıb tələbələrə bu sənəti sirlərini öyrədirsiniz. Belə bir muzeyin yaranması ideyası kimə məxsusdur?
- Bildiyiniz kimi, Xəzər Universiteti Azərbaycanın ilk özəl ali məktəblərindən biridir. Burada tədrisin keyfiyyətinin yüksək olması, yaradıcı bir mühitin formalaşması hər kəsə yaxşı məlumdur. Xəzər Universitetinin ölkəmizdən kənarda da yaxşı tanınması qürurvericidir. Univerisitetin uğur qazanması heç də təsadüfi deyil, qabaqcıl ali məktəbin təsisçisi, tanınmış ziyalımız, professor Hamlet İsaxanlıdır. Məhz Hamlet müəllimin təşəbbüsü ilə bu təhsil ocağında Dekorativ Tətbiqi Sənət Muzeyi və emalatxana yaratmışıq. Burada tələbələrin sənətə çox böyük maraq və bağlılıqlarını görürəm. İstedadlı tələbələrimiz burada kollektiv şəkildə bir-birindən maraqlı sujetli xalçaların hazırlamasında iştirak edirlər.

- Yaxın vaxtlarda fərdi sərgi keçirmək kimi bir planınız varmı?
- Hər bir rəssam istəyir ki, fərdi sərgisi keçirilsin və yaxud əsərləri hansısa kollektiv sərgidə nümayiş olunsun. Mən bir rəssam kimi xoşbəxtəm ki, əsərlərim dünyanın müxtəlif ölkələrindəki muzeylərdə demək olar ki, hər gün sərgilənir. Ayrı-ayrı zamanlarda muzeylərin aldığı əsərlərim bir məkana yığılsa Azərbaycan mədəniyyətinin bir xronoloji ardıcılığını əyani göstərmək imkanı yaranar.
Bəzi yaradıcılıq planlarım var, bu ilin sonuna kimi qədim mədəniyyətimizi əks etdirən, hələ dəzgahdan kəsilmiş iki xalçamın təqdimatını keçirmək istəyirəm. Bakıda fərdi sərgi barədə də düşünürəm. Təki salamatçılıq, əmin-amanlıq olsun, dünyanı cənginə alan bu koronovirus bəlası tezliklə başımızın üstündən çəkilib getsin. İnsanlar yenidən iş yerlərinə, tədris ocaqlarına, muzey və sərgi salonlarına qayıtsınlar. Mənəvi zövq verən, gözəl duyğular bəxş edən sənət əsərləri ilə baş-başa qalsınlar.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:37
Bu qanunu pozanlar cərimələnəcək
Dünən, 17:46
Uşaqların sevimli “Aybolit”i gəlir - Fotolar
Dünən, 15:50
İrəvanidən bəhs edən albom nəşr edilib - Fotolar
Dünən, 14:58
Əbülfəs Qarayevin qızının filminə qadağa qoyulub
Dünən, 14:06
Kitab Mükafatı təsis olunacaq
Dünən, 08:33
"Terminator" filminin yeni bölümünü çəkəcəklər
3-12-2025, 12:48
Noyabrla dekabrın “Ulduz”u bir arada
3-12-2025, 10:24
Rasim Balayev: "Tələsirəm ki, birdən ömrüm buna yetməz"
3-12-2025, 09:36
Məşhur rejissor kinoda süni intellektdən istifadənin əleyhinədir
2-12-2025, 15:35
Qarabağda daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunub
2-12-2025, 11:03
Xalq şairi Nəriman Həsənzadə reanimasiyadadır, dializə qoşulub
1-12-2025, 17:37
Rübensin itmiş əsəri 3 milyon avroya satılıb
1-12-2025, 16:48
Fırça ilə qurulan dostluq körpüsü - Fotolar
1-12-2025, 11:18
Robotlar freskoların bərpasına kömək edəcək
1-12-2025, 10:40
Polad Bülbüloğlunun oğluna vəzifə verilib
29-11-2025, 09:56
Əməkdar artist yeni vəzifəyə təyin olunub
28-11-2025, 14:34
Məşhur rejissor yazıçını oğurluqda ittiham edir
27-11-2025, 14:36
Xəzər TV verilişin yarımçıq dayandırılması ilə bağlı açıqlama yayıb
27-11-2025, 12:12
Xəzər TV-də “İncə səhər” verilişi yarımçıq dayandırılıb
27-11-2025, 08:16
Yeni film üçün Təpəgöz yaradıblar - Fotolar
26-11-2025, 13:28
Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq
25-11-2025, 08:21
Tanınmış aktyor evsiz qalıb?
24-11-2025, 16:04
Mədəniyyət Nazirliyi ilə sənətçilər arasında qalmaqal böyüyür
24-11-2025, 10:54
Brüs Uillisin ailəsi onun ölümünə hazırlaşır
24-11-2025, 00:39
“Kəpənəyin dili ilə” oxucuların görüşünə gəlib
21-11-2025, 14:50
Nəriman Həsənzadəyə böyrək çatışmazlığı diaqnozu qoyulub
21-11-2025, 09:05
"Ulduz qapıları" filminin davamı çəkiləcək
19-11-2025, 17:58
Məşhur rəssamın əsəri rekord qiymətə satılıb - Fotolar
19-11-2025, 17:10
Xalq artisti Roza Cəlilova dəfn olunub - Yenilənib
19-11-2025, 00:46
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub - Fotolar
18-11-2025, 13:03
Məşhur aktyora nüfuzlu mükafat verilib
18-11-2025, 08:25
Əməkdar artist Yadigar Muradov vəfat edib
17-11-2025, 23:24
Leyla Əliyeva festivalın açılışında iştirak edib - Fotolar
17-11-2025, 18:04
Gölün dibində qədim müsəlman nekropolu tapılıb - Foto
17-11-2025, 15:02
Nazirlik: “Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi”
17-11-2025, 10:10
Anardan yayılan fotosuna reaksiya: "Hansı klinikadır, heç xatırlamıram"
13-11-2025, 10:35
Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu ittiham edir
13-11-2025, 08:49
Yeni filmin nümayişi dekabrda olacaq
12-11-2025, 12:17
İki aşıqla bağlı tarixlər UNESCO-nun yubileylər proqramına daxil edilib
12-11-2025, 12:15
Mənsum İbrahimov Gəncədəki konsertini təxirə salıb
12-11-2025, 12:11
Polad Bülbüloğlu: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil"
12-11-2025, 11:51
Naxçıvanda yeni regional idarələr yaradılıb - Fərman
8-11-2025, 23:52
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək