16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bəyimxanım Vəliyeva şəhid generalın şərəfinə mahnı bəstələyib, klip çəkdirib - Video
Tarix: 29-07-2020 23:41 | Bölmə: Mədəniyyət
Bəyimxanım Vəliyeva şəhid generalın şərəfinə mahnı bəstələyib, klip çəkdirib

Əməkdar artist Bəyimxanım Vəliyeva Azərbaycanın şəhid general-mayoru Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş mahnı ifa edib və həmin mahnıya klip çəkdirib.

Reyting.az
xəbər verir ki, sözləri Samir Əfsəroğluya məxsus mahnının musiqisini tanınmış müğənni Bəyimxanım Vəliyeva özü bəstələyib.

Rejissoru Nail Naiboğlu olan ekran əsərinin aranjimançısı Rasim Məmmədovdur.

Klipdə Xalq artisti Nurəddin Mehdixanlı da iştirak edib. N. Mehdixanlı klipin sonunda Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu hayqıran şeirdən bir parça ifa edib:

Azərbaycan bayrağı Qarabağa sancılıb,
Azərbaycan məşəli Qarabağda yanacaq!
Qarabağda yanacaq!


Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısını alarkən şəhid olmuş Azərbaycan generalına həsr edilən klipi diqqətinizi çatdırır və B. Vəliyevaya bu müqəddəs işinə görə təşəkkürümüzü bildiririk:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}