Aktyor, müğənni və ictimai xadim vəfat edib
Tarix: 02-08-2020 11:04 | Bölmə: Mədəniyyət
Aktyor, müğənni və ictimai xadim vəfat edib

Aktyor, müğənni və ictimai xadim Uilford Brimley dünyasını dəyişib. Bu barədə CNN aktyorun menecerinə istinadla xəbər yayıb.

ABŞ-da vəfat edən Brimley 85 yaşında idi. Hələ 1979-cu ildə ona diabet diaqnozu qoyulmuşdu.

Menecerin dediyinə görə, aktyor bu yaxınlarda dializ üçün xəstəxanaya gətirilsə də, son günlər vəziyyəti daha da pisləşib.

Qeyd edək ki, Brimley 1979-cu ildə "Çin sindromu" filmindəki rolundan sonra populyarlıq qazanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}