Lənkəran teatrı “Novruz çələngi” ilə beynəlxalq festivala qatılıb - Fotolar
Tarix: 21-03-2021 11:39 | Bölmə: Mədəniyyət
Lənkəran teatrı “Novruz çələngi” ilə beynəlxalq festivala qatılıb

İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzi Beynəlxalq Novruz festivalına start verib. Reyting.az xəbər verir ki, martın 21-də onlayn qaydada başlayan festival martın 26-na kimi davam edəcək. Martın 27-də - Beynəlxalq Teatr Günündə isə festivala yekun vurulacaq.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi də Azərbaycanın ən qədim bayramlarından olan, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilən Novruz bayramı ilə əlaqədar "Novruz çələngi" adlı videoçarxla bu sənət yarışmasına qatılıb. Müəllifi teatrın gənc aktyoru Səyad Əliyev, rejissoru Emin Fərzullayev, musiqi tərtibatçısı Fərahim Fərəcov olan 15 dəqiqəlik videoçarxda Novruz bayramının qədim tarixindən və adət-ənənələrdən bəhs olunur.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}