Mədəniyyət Nazirliyi İctimai Şuraya sənəd qəbulunu davam etdirir
Tarix: 22-04-2021 14:39 | Bölmə: Mədəniyyət
Mədəniyyət Nazirliyi İctimai Şuraya sənəd qəbulunu davam etdirir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbuluna 2020-ci ilin 21 sentyabr tarixində start verilib.

Belə ki, həmin il 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurətə çevrilib. Bu məqsədlə Mədəniyyət Nazirliyinin İctimai Şurasına sənəd qəbulu yenidən elan olunub.

İctimaiyyətin nəzərinə çatdırılır ki, 21 sentyabr - 20 oktyabr 2020-ci il tarixlərində elan edilmiş müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalır.

Qeyd edək ki, İctimai Şuraya namizədlərin qeydiyyatı 26 may 2021-ci il tarixinədək davam edəcək. Namizəd şəxslərə dair tələblərlə bu link vasitəsilə tanış ola bilərsiniz: My Webpage




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}