Koronavirusa yoluxan nazir sağalıb
Tarix: 03-05-2021 10:21 | Bölmə: Mədəniyyət
Koronavirusa yoluxan nazir sağalıb

Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.

Reyting.az
xəbər verir ki, bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

O bildirib ki, A. Kərimovun karantin müddəti mayın 2-də bitib: “Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub”.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}