16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Beynəlxalq festivaldan Vaqif Məstanova təşəkkür məktubu göndərilib - Foto
Tarix: 10-05-2021 17:08 | Bölmə: Mədəniyyət
Beynəlxalq festivaldan Vaqif Məstanova təşəkkür məktubu göndərilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov "Звучит Москва" (“Moskva səslənir”) - XIX Beynəlxalq Musiqi Festivalının təşkilatçılarının dəvəti ilə münsiflər heyətində iştirak edib.

Reyting.az
-ın məlumatına görə, tanınmış xormeyster onlayn keçirilən bu müsabiqədə Rusiya, İtalya, Monteneqrodan olan şöhrətli incəsənət xadimləri ilə birgə dünyanın müxtəlif yerlərindən müsabiqəyə qatılan xor kollektivlərinin klassik-akademik ifalarını dəyərləndirib.

Festival rəhbərliyi Vaqif Məstanova bu mədəniyyət tədbiri müddətində yüksək səviyyəli fəaliyyətinə, işinə xüsusi peşəkarlıqla yanaşdığına, eyni zamanda gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə verdiyi töfhələrə görə "Təşəkkürnamə" ünvanlayıb.

Xatırladaq ki, dünən 66 yaşını qeyd edən Vaqif Məstanov ömrünün 31 illini Musiqili Teatrda yaradıcılıq işlərinə həsr edib.

1990-cı ildə teatrda baş xormeyster kimi fəaliyyətə başlayandan indiyə qədər Vaqif Məstanov saysız səhnə əsərlərinin xormeysteri olub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}