Xalq artisti Ağadadaş Ağayev Türkiyədə əməliyyat olunacaq
Tarix: 11-05-2021 16:18 | Bölmə: Mədəniyyət
Xalq artisti Ağadadaş Ağayev Türkiyədə əməliyyat olunacaq

Xalq artisti Ağadadaş Ağayev sabah əməliyyat olunacaq.

Reyting.az
xəbər verir ki, Xalq artistinin əməliyyatı barədə aparıcı Hacı Nuran Hüseynov paylaşım edib.

O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah ağır əməliyyat keçirəcək:

“İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkim personalı, doğmaları onun üçün dua edir. Çünki olduqca ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi.

Zatən, Ağadadaş müəllimin bütün həyatı bir sınaq meydanı olub. O da mərdcəsinə qalib gəlib hər zaman. Mən bunun şahidiyəm. Ağadadaş Ağayev bu həyatda qazandığı bütün uğurlara dişiylə-dırnağıyla sahiblənib. Bu gün səhhəti sınayır onu. Əsrin bəlası olan xərçəng xəstəliyinə Ağadadaş qalib gələcək. Sabahkı əməliyyatdan sağ-salamat çıxasan. Dua edin, dostlar!”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}