Alim Qasımovla qızının yeni dueti - Video
Tarix: 13-05-2021 11:29 | Bölmə: Mədəniyyət
Alim Qasımovla qızının yeni dueti

Gənc bəstəkar Aysel Kərim “Nizami Gəncəvi ili” çərçivəsində dahi şair və mütəffəkkir Nizami Gəncəvinin Allaha aid şeirinə əsər bəstələyib.

Reyting.az
xəbər verir ki, Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova əsəri duet şəklində ifa edib. Xalq artisti Nurəddin Mehdixanlı əsərin qiraət hissəsini səsləndirib.

Aysel Kərimin sözlərinə görə, “Yaradan” adlı əsəri dünya şöhrətli musiqi xadimləri tərəfindən neçə-neçə əsərin içindən seçilib:

“Əsər Ramazan bayramı münasibətilə bütün Müsəlman dünyasına Azərbaycan adından hədiyyədir”.(Axşam.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}