Məhv olmaq üzrə olan qədim karvansara bərpa olunacaq
Tarix: 19-05-2021 19:38 | Bölmə: Mədəniyyət
Məhv olmaq üzrə olan qədim karvansara bərpa olunacaq

Qaradağ rayonu ərazisində yerləşən “Minəcik” adı ilə tanınan karvansara Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin tarixi abidə Dövlət Xidmətinin nəzarətindədir: “Karvansaraların bərpa olunması ilə bağlı məsələ diqqətdə saxlanılır. Abidə bərpa olunması üçün növbəti illərin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}