"Səhnədən səngərə" layihəsinin ilk buraxılışı təqdim olunub - Video
Tarix: 19-05-2021 23:23 | Bölmə: Mədəniyyət
"Səhnədən səngərə" layihəsinin ilk buraxılışı təqdim olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin ilk buraxılışını təqdim edib.

Reyting.az
xəbər verir ki, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə könüllü yollananlar sırasında, sinəsinə sıxdığı doğma tarını anasına əmanət edib, yurdunun torpağına qarışan şəhidimiz Rauf Əliyev də var.

Layihədə Rauf Əliyevin yarım qalmış şərəfli ömür yolundan bəhs edən doğmaları, şəhidimizin ürəyində məzara köçən ən böyük arzusundan, Bütöv Azərbaycan uğrunda yarı yolda qoyduğu nişanlısından, milli mənəvi dəyərlərimizə, muğama, tara olan sonsuz sevgisindən söz açıblar.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}