Fransa səfirliyi Tahir Salahovun vəfatı ilə bağlı başsağlığı verib
Tarix: 21-05-2021 13:44 | Bölmə: Mədəniyyət
Fransa səfirliyi Tahir Salahovun vəfatı ilə bağlı başsağlığı verib

Fransanın Azərbaycandakı səfirliyi görkəmli Azərbaycan rəssamı Tahir Salahovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə səfirliyin feysbukdakı rəsmi səhifəsində yerləşdirilmiş paylaşımda deyilir.

“Fransa səfirliyi Azərbaycanın məşhur rəssamı Tahir Salahovun vəfatı xəbərini kədər hissi ilə qarşılayır. T.Salahov 2015-ci ildə Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilib. Fransa səfirliyi ailəsinə və həmçinin yaxınlarına başsağlığı verir”, – paylaşımda bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}