14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
"Daily Express"in proqnozu: Azərbaycan “Avroviziya”nın qalibi ola bilər
Tarix: 22-05-2021 19:44 | Bölmə: Mədəniyyət
"Daily Express"in proqnozu: Azərbaycan “Avroviziya”nın qalibi ola bilər

Böyük Britaniyanın məşhur "Daily Express" nəşri “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı proqnozunu açıqlayıb.

Reyting.az
xəbər verir ki, qəzet “Avroviziya”da Azərbaycanın qalib olacağını yazıb.

Bildirilir ki, "Mata Hari" mahnısı və Samirə Əfəndi uğurlu çıxışı ilə sevilib.

Nəşrdə Samirənin birinci olacağı ilə proqnozda üç səbəb göstərilib:

Əfəndinin musiqi yarışmalarındakı təcrübəsi, Azərbaycanın “Avroviziya”da uğurlu ölkələrdən biri olması və əvvəllər favorit olmasa da, müsabiqədə Azərbaycanın qalib gəlməsi.

Qeyd edək ki, yarışmanın böyük finalı bu gün Bakı vaxtı ilə saat 23:00-da olacaq. Təmsilçimiz S. Əfəndi "Mata Hari" mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}