“Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi bəlli olub - Video
Tarix: 23-05-2021 09:47 | Bölmə: Mədəniyyət
“Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi bəlli olub

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub.

Reyting.az
-ın məlumatına görə müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib.

Azərbaycanı yarışmada "Mata Hari" mahnısı ilə Samirə Əfəndi təmsil edib. Azərbaycan təmsilçisi müsabiqədə 20-ci yerdə qərarlaşıb. Münsiflərin səsverməsində Azərbaycan 32, tamaşası səs verməsində isə 33 səs toplayaraq cəmi 65 səs toplayıb.

Qeyd edək ki, builki “Avroviziya -2021” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 18-də, ikinci yarlmfinalı isə 2 gün sonra baş tutub.



Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. 2019-cu ildə İsrailin Təl-Əviv şəhərində keçirilən müsabiqənin sonuncu qalibi "Arcade" mahnısı ilə niderlandlı Dunkan Lourens olub.

Onu da qeyd edək ki, mahnı müsabiqəsinin final mərhələsində Azərbaycanı təmsil edən Samirə Əfəndiyə aşağıdakı ölkələr səs verib:

1. Rusiya - 8 xal

2. Moldova - 6 xal

3. Gürcüstan - 5 xal

4. Ukrayna - 3 xal

5. İsrail - 2 xal

6. Albaniya - 2 xal

7. İrlandiya - 2 xal

8. İsveçrə - 2 xal

9. Niderland - 2 xal.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}