16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyədə toylara icazə verilib
Tarix: 31-05-2021 21:46 | Bölmə: Mədəniyyət
Türkiyədə toylara icazə verilib

Türkiyədə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən sərt karantin rejimi sabahdan yumşaldılır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, iyun ayı ərzində komendant saatı həftə içi və şənbə günləri yerli vaxtla, saat 22:00-dan 05:00-a qədər qüvvədə olacaq. Bazar günləri isə 24 saatlıq komendant saatı tətbiq ediləcək.

Kafelər, restoranlar, əyləncə mərkəzləri, idman zalları bazar günləri istisna olmaqla 07:00-dan 21:00-dək açıq olacaq. Bazar günü restoranların yalnız çatdırılma xidməti işləyəcək.

Pandemiya qaydaları nəzərə alınaraq 1 iyun tarixindən etibarən qapalı və açıq məkanlarda toyların keçirilməsinə icazə verilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}