00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
13:25 / 21-10-2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
13:21 / 21-10-2025
"Space TV"-yə xəbərdarlıq edilib
12:11 / 17-10-2025

12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

14:39 / 19-10-2025

Şuşada kitab təqdimatı keçirilib - Fotolar
Tarix: 01-06-2021 15:47 | Bölmə: Mədəniyyət

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ilk kitab təqdimatı keçirilib.
Reyting.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, məhşur “Gəncə qapısı” tarixi memarlıq abidəsinin qarşısına toplaşan 44 günlük Vətən müharibəsinin iştirakçıları və ölkəmizin mirvarisi olan gözəl Şuşamızın müdafiəsində bu gün də mərdliklə dayanan Azərbaycan Ordusunun hərbi qulluqçuları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini hörmət və ehtiramla yad ediblər.
Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini polkovnik Elşad Əbilov bu gün Şuşada ilk kitab təqdimatı keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edərək bildirib ki, Şuşada tarixən elmə, təhsilə, ədəbiyyat və incəsənətə böyük maraq olub. Vaxtilə burada zəngin muzeylər, kitabxanalar fəaliyyət göstərib. “Məclisi-üns”, “Məclisi-fəramuşan” poeziya məclislərində onlarla şairlər formalaşıb, püxtələşib, inkişaf edib. Yurdumuzun bu füsunkar guşəsi Azərbaycanın mədəniyyət xəzinəsinə görkəmli rəssam, şair, alim Mir Möhsün Nəvvab, şairə və rəssam Xurşudbanu Natəvan, ədəbiyyatımızda tarixi dram janrının banisi Əbdürrəhim bəy Haqverdiyev, milli dramaturgiyamızda faciənin əsasını qoyan Nəcəf bəy Vəzirov, ilk ədəbiyyat tarixçisi, maarifçi, Qori və Qazax seminariyalarının müdiri Firudin bəy Köçərli, satirik şeirmizin təməlini qoyanlardan biri Qasım bəy Zakir, Şərqdə ilk operanın banisi, böyük dramaturq, musiqili komediya janrının yaradıcısı, qüdrətli publisist Üzeyir Həcıbəyli, ilk tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminli, Azərbaycan dövlətçiliyinin ilk nəhəng ideoloqlarından biri, yazıçı-publisist, alim, erməni terrorizminə qarşı ilk türk “Difai” milli təşkilatının yaradıcısı Əhməd bəy Ağayev və neçə-neçə böyük sənətkarlar bəxş edib.
Nəzərə çatdırılıb ki, Şuşa və şuşalılar zaman-zaman yadellilərin hücumlarına məruz qalsalar da tarixin sərt sınaqlarından uğurla çıxıb, bu müqəddəs torpağı canları, qanları bahasına mərdliklə qoruyublar.
2020-ci ildə Ermanistanın təxribatlarına cavab olaraq dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı ilə başladığımız Vətən müharibəsi məhz Şuşanın işğaldan azad edilməsi ilə Zəfərlə başa çatıb.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq məlumat verib ki, müəllifi olduğu “Vətən müharibəsi şəhidləri” nəşri yeddi kitabdan ibarət olacaq və bu kitablarda Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan üç minə yaxın şəhidimizin həyatı, Vətənə sədaqətli xidmətləri və şanlı döyüş yolu barədə ətraflı məlumatlar veriləcək.
Birinci kitab Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluçularla görüşdə çıxış edərkən dediyi bu fikirlərlə başlanır: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...”
Təqdim olunan 800 səhifəlik ilk kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin əbədiyaşar ömürlərinə çıraq tutulur. Bütün cəbhələrdə, eləcə də Şuşa istiqamətində, Şuşa şəhərində son gülləyə, son nəfəsədək vuruşan qəhrəman şəhid döyüşçülərimiz ehtiramla xatırlanır. Nə qədər müstəqil Azərbaycan dövləti var, nə qədər qədirbilən xalqımız var onlar heç vaxt unudulmayacaq, xatirələri əziz tutulacaq, adları əbədiləşdiriləcək, bu kimi nəşrlərdə, ürəklərdə yaşayacaqlar.
Kitabın ilk nüsxələri Şuşaya qədər şərəfli döyüş yolu keçmiş və xidmətləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yüksək qiymətləndirilmiş, orden-medallara layiq görülmüş hərbi qulluqçular Tural Qocayev, Elçin Hüseynov, Cavid Mustafayev, Yusif Əlizadə, Şamxal Novruzlu, Nizam Aydəmirova və hərbi hissənin kitabxanasına hədiyyə edilib.
Aprel döyüşlərinin, o cümlədən Vətən müharibəsinin qəhrəman iştirakçılarından olan reaktiv – artilleriya batareyasının komandiri Elçin Hüseynov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Nizami Aydəmirovla birgə döyüşlərdə fəal iştirak edən qardaşı əsgər Nizam Abdullayev çıxış edərək şəhidlərin intiqamını artıqlaması ilə aldıqlarını və bu gün də Müzəffər Ali Baş Komandanın əmri ilə istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir olduqlarını vurğulayıblar.
Müəllif və tədbir iştirakçıları yüksək poliqrafiya keyfiyyətinə malik “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın nəşrə hazırlanmasında və işıq üzü görməsində göstərdiyi xeyirxah köməyə görə Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəhbərliyinə, eləcə də “Apostrof-A” nəşriyyatınnın kollektivinə minnətdarlıq ediblər.
Məlumat üçün bildiririk ki, nəşr olunan birinci kitab 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününədək şəhid ailələrinə, respublikanın mərkəzi muzey və kitabxanalarına hədiyyə ediləcək.

Bölməyə aid digər xəbərlər

20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
25-09-2025, 11:29
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edilib
24-09-2025, 17:51
Nəsiminin qohumları Şamaxıya gəliblər - Fotolar
24-09-2025, 14:12
Stallone süni intellekt vasitəsilə "Rembo" olmaq istəyir
23-09-2025, 15:59
3300 il əvvəl hazırlanmış fit tapıblar - Fotolar
23-09-2025, 13:28
Masallıda antik dövrə aid küp məzar tapılıb