17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Heydər Əliyev Fondu Şuşada daha bir layihə həyata keçirir - Video
Tarix: 02-06-2021 12:30 | Bölmə: Mədəniyyət
Heydər Əliyev Fondu Şuşada daha bir layihə həyata keçirir

Heydər Əliyev Fondu Şuşa şəhərində hazırda daha bir layihə həyata keçirir.

Fonddan Reyting.az-a verilən məlumata görə, şəhərdə Yaradıcılıq Mərkəzi, Rəsm qalereyası və Xalçaçılıq qalereyasının bərpa-təmir işləri aparılır.

Vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarayı kimi tanınan Şuşa Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina ölkə əhəmiyyətli tarixi memarlıq abidələri siyahısındadır.

Şuşa Xalçaçılıq Qalereyası isə keçmiş Şuşa Xalça Muzeyinin binasında yerləşəcək. Binaya Ermənistanın işğalı dövründə ciddi ziyan dəyib. 

Hazırda təmir-bərpa işləri ilə yanaşı hər üç binada sərgilənəcək əsərlərin də seçimi edilir. Qısa zamanda Şuşada Azərbaycan rəssamlarının əsərləri, Qarabağın işğaldan əvvəl və sonrakı görünüşünü əks etdirən əsərlər, həmçinin xalça eksponatları yer alacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}