Xalq artisti Ramiz Əzizbəyli infarkt keçirib, vəziyyəti ağırdır
Tarix: 03-06-2021 10:21 | Bölmə: Mədəniyyət
.Xalq artisti Ramiz Əzizbəyli infarkt keçirib, vəziyyəti ağırdır

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.

Bu barədə sənətçinin ailəsindən məlumat verilib.

Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti sabit-ağırdır”

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}