07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ramiz Əzizbəylinin qızı: "Atamın vəziyyəti ağırdır"
Tarix: 07-06-2021 12:51 | Bölmə: Mədəniyyət
Ramiz Əzizbəylinin qızı: "Atamın vəziyyəti ağırdır"

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son durumu açıqlanıb.

Sənətçinin qızı Xədicə Əzizbəyli bildirib ki, atasının vəziyyəti stabil-ağır olaraq qalır.

“Atamın vəziyyəti olduğu kimi qalır. Reanimasiya şöbəsində müalicəsini davam etdirir. Həkimlər əllərindən gələni edirlər. Atamın yanaşı xəstəlikləri olduğu üçün 100 faiz dəqiq heç nə deyə bilmirlər. Ümumilikdə vəziyyəti ağır sayılır”, - o deyib.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}