Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırlaşıb - Foto
Tarix: 08-06-2021 11:54 | Bölmə: Mədəniyyət
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırlaşıb

COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağırdır.

Reyting.az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, bu haqda aktyorun qızı Xədicə Əzizbəyli məlumat verib. O bildirib ki, atasının səhhətində zaman-zaman cüzi irəliləyiş olsa da, yenidən pisləşir:

"Vəziyyəti ağırdır. Həkimlər deyir ki, cüzi irəliləyiş olur, lakin qısa müddət sonra pisləşir, ağırlaşır. Bu səbəbdən yekun olaraq "yaxşılaşıb" deyə bilmirik. Hələ də reanimasiyadadır".

Qeyd edək ki, koronavirusa yoluxan R. Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun infarkt keçirdiyi açıqlanıb.

Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Onun bir ayağındakı barmaqları amputasiya edilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}