16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Deputat: "Oğrular, adətən, kitab oğurlamır, kitab oğurlayan da oğru olmur"
Tarix: 08-06-2021 12:14 | Bölmə: Mədəniyyət
Deputat: "Oğrular, adətən, kitab oğurlamır, kitab oğurlayan da oğru olmur"

““Ali və Nino” şəbəkəsi iki gənci cəmiyyətə oğru kimi tanıtmaq istəyib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Hüquqşünas olduğunu xatırladan deputat bildirib ki, oğurluğun həcmi 100 manat məbləğində deyilsə, bu hal oğurluq kimi qeydə alınmır: “İnzibati Xətanı Nigar Köçərli özü törədir. Oğrular, adətən, kitab oğurlamır, kitab oğurlayan da oğru olmur”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilməsi barədə məlumat yayıb.

Məlumata görə, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.

Bu hadisə geniş ictimai rezonans doğurub. Kitab oğurlamaqda təqsirləndirilənlərdən biri Elməddin Süleymanlı məsələ ilə bağlı video-müraciət yayaraq bildirib ki, bu işə 3 gün əvvəl məhkəmədə xitab verilib və onlar bəraət alıblar. E. Süleymanlı sözügedən videonun 3 gün sonra yayılmasını qarşı tərəfin hiddəti ilə əlaqələndirib. Bildirib ki, kitablar yerindəcə qarşı tərəfə təhvil verilib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}