Keçmiş Mədəniyyət naziri ölkəni tərk etmək istəyib?
Tarix: 28-07-2021 17:59 | Bölmə: Mədəniyyət
Keçmiş Mədəniyyət naziri ölkəni tərk etmək istəyib?

Azərbaycanın keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin səhhətində yaranan problemə görə xaricə getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılması barədə məlumatlar yayılıb.

Reyting.az
xəbər verir ki, bu məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün Modern.az sabiq nazirin özü ilə əlaqə saxlayıb. O, haqqında yayılan məlumatı təkzib edib.

“Mənim bu hadisədən xəbərim yoxdur. Sonuncu dəfə hava limanında keçən ilin fevral ayında olmuşam. Həmin vaxt səfərimi yerinə yetirib Azərbaycana qayıtmışam. Bu il ümumiyyətlə hava limanına daxil olmamışam”.

Xatırladaq ki, Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Bundan xeyli əvvəl - mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}