17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Fəryad 2” filminə çəkilmək üçün 900 nəfər axtarırlar
Tarix: 28-07-2021 23:57 | Bölmə: Mədəniyyət
“Fəryad 2” filminə çəkilmək üçün 900 nəfər axtarırlar

“Fəryad 2” filminin kütləvi səhnələrinin çəkilişi üçün 40-65 yaş arası kişilər axtarılır.

Reyting.az
xəbər verir ki, bu barədə sosial şəbəkədə kastinq şirkəti elan yayıb. Bildirilib ki, məşhur “Fəryad” filminin ikinci hissəsi çəkilir. Ekran işində rol alacaq şəxslərə qonorar veriləcək.

“Ümumilikdə, 900 nəfərə ehtiyac var. Onlardan 500-600 nəfəri bəy, digərləri xanımdır. Bunun üçün iştirak edən şəxslərə 8 saat ərzində 15 manat ödəniş olacaq. 8 saat tamam olduqdan sonra hər saata görə əlavə olaraq 1 manat ödəniləcək. İştirakçıların qidası sifarişçi şirkət tərəfindən təmin olunacaq. Burada heç kim iştirakçıdan hansısa ödəniş tələb edə bilməz”, - elanda bildirilib.

Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunur.(Kulis)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}