16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sirkin bədii heyəti "Zəfər" düşərgəsində... - Foto
Tarix: 30-07-2021 17:22 | Bölmə: Mədəniyyət
Sirkin bədii heyəti "Zəfər" düşərgəsində...

Bakı Dövlət Sirkinin bədii heyəti Təhsil Nazirliyinin şəhid övladları üçün təşkil etdiyi "Zəfər" düşərgəsi layihəsinin bağlanış mərasimində iştirak edib.

Bakı Dövlət Sirkindən bildiriblər ki, düşərgə Quba rayonundakı Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə (Quba STEAM Mərkəzi) təşkil olunub.

Bağlanış mərasimində iştirak edən sirkin yaradıcı kollektivi 1 saatlıq əyləncəli proqramla çıxış edib.

Qeyd edək ki, düşərgəyə 71 şəhid övladı qatılıb. Bir həftə davam edən tədbirdə uşaq üçün müxtəlif istiqamətlərdə təlimlər təşkil olunub. Layihənin reallaşmasında əsas məqsəd yeniyetmələrinyeni biliklər öyrənməklə yanaşı mənalı istirahətlərini də təşkil olunmasıdır.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}