Azərbaycanda kino günü qeyd olunur
Tarix: 02-08-2021 11:00 | Bölmə: Mədəniyyət
Azərbaycanda kino günü qeyd olunur

2 Avqust - Azərbaycan Kinosu Günüdür.

Mədəniyyət Nazirliyinin məlumatına görə, 123 illiyini qeyd edən Azərbaycan kinosu keşməkeşli və şərəfli yol keçib.

Xatırladaq ki, 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin gün milli kinonun yaranma tarixi sayılır.

Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə həsr edilmiş süjet xətti zəngin və unudulmaz filmlər çəkilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}