XII Qəbələ Musiqi Festivalı başa çatıb - Fotolar
Tarix: 05-08-2021 13:38 | Bölmə: Mədəniyyət
XII Qəbələ Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə iyulun 31-də Qəbələ şəhərində başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edib.

Reyting.az
xəbər verir ki, builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramının bu il də çox zəngin olduğu bildirilir. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alıblar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub. Qəbələ Musiqi Festivalında ölkəmizin aparıcı musiqi təhsil ocaqlarının müəllim və tələbələri, eləcə də müxtəlif ifaçı kollektivləri geniş səpkidə iştirak ediblər.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}