00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
13:25 / 21-10-2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
13:21 / 21-10-2025
"Space TV"-yə xəbərdarlıq edilib
12:11 / 17-10-2025

12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

14:39 / 19-10-2025

Dünyaca məşhur müğənni Azərbaycana gəlib - Fotolar
Tarix: 09-08-2021 18:33 | Bölmə: Mədəniyyət

Dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Miles Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə Azərbaycana səfər edib.
Reyting.az xəbər verir ki, Della Milesin Azərbaycana səfəri 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə yerində tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi "Xarıbülbül" şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etmək məqsədi daşıyır. Həmçinin, amerikalı müğənninin bir neçə ay öncə Azərbaycanın Qarabağ Zəfərinə həsr etdiyi "Qarabağ Azərbaycandır" adlı klipi işıq üzü görüb. Sözügedən klipin təqdimatı avqustun 4-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirilib.
Tədbiri giriş sözü ilə Beynəlxalq Avrasiya Mətbuat Fondun prezidenti Umud Mirzəyev açıb. Respublikanın Əməkdar artisti, layihədə iştirak edən xanəndə Qoçaq Əsgərov bildirib ki, Della Miles Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu dünya mətbuatında səsləndirir və bu yolla dünya ictimaiyyəti Ermənistanın təxribatçı bir ölkə olduğunu görür. Bildirib ki, yaxınlarda “Xarıbülbül” mahnısını duet şəklində ifa edib, ancaq mahnı hələ ki, hazırlıq mərhələsindədir. Qeyd edək ki, “Xarıbülbül” musiqi əsərinin müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, bəstəkar Tural Məmmədlidir.
Azərbaycandan məmnun qaldığını deyən Della Miles söyləyib ki, dəfələrlə xarici ölkələrdə səfərdə olarkən dərisinin rənginə görə ayrı-seçkilik yaşayıb. Ancaq Azərbaycan tamamilə fərqli bir ölkədir. Burada irqçilik yoxdur, din bərabərliyi var. Qeyd edib ki, layihəyə dəvət olunanda Qarabağın tarixini oxumalı olub və bu torpaq haqqında mübarizənin səbəbini öyrənib. “Xarıbülbül” mahnısını oxumaqla mən özümü bir növ döyüşçü kimi hiss etdim”, - deyə Della Miles bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid vurğulayıb ki, Della Milesin haqqın tərəfində olması bu musiqidə də əks olunur. Qeyd edib ki, Şuşa musiqiçilər diyarıdır və oraya səfər etmək növbəti mahnının yaranmasına bir stimul olacaq.
Sonra xanəndə Qoçaq Əsgərov və Della Miles birlikdə oxuduqları mahnıdan bir parça səsləndiriblər.
* * *
Avqustun 5-də Della Miles, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Qoçaq Əsgərov, müğənninin meneceri Hüseyin Fatih Oktay və bir qrup mədəniyyət işçisi Füzuli və Xocavənd rayonlarında olublar, tarixi və dini abidələri ziyarət ediblər. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı qonaqlara Füzuli və Xocavənd rayonlarının tarixindən, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən geniş bəhs edib.
Della Miles Füzuli və Xocavənd rayonunda yerləşən tarixi, dini abidələrə olan heyranlığını dilə gətirib. O, Ermənistanın vandallığını, bölgəyə verdiyi zərərləri qınadığını ifadə edib.
Daha sonra Şuşaya səfər edən müğənni Azərbaycanın, xüsusilə də Qarabağın muğam beşiyi olmasına münasibət bildirib: “Bir musiqiçi kimi muğam sənətinin texniki cəhətdən çox ustalıq tələb etdiyini bilirəm. Bu çətin işin öhdəsindən asanlıqla gələn Azərbaycanın muğam ifaçılarını görəndə valeh oluram. Muğam sənətinə və onun mahir ifaçılarına böyük hörmətim var. Burada bir daha əmin oldum ki, Şuşa mədəniyyətin, musiqinin beşiyidir”.
Xatırladaq ki, Della Milesin bir neçə ay öncə Azərbaycanın Qarabağ Zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb. Amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. O, burada Maykl Ceksonun məşhur “Sisterella” musiqili tamaşasının baş qəhrəmanı olan “Ella” obrazını canlandırıb. Tamaşadakı ifası ilə məşhurlaşan Miles sonralar Maykl Cekson və Uitni Hyuston başda olmaqla, bir çox müğənnilərin vokalçısı olub.

Bölməyə aid digər xəbərlər

20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
25-09-2025, 11:29
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edilib
24-09-2025, 17:51
Nəsiminin qohumları Şamaxıya gəliblər - Fotolar
24-09-2025, 14:12
Stallone süni intellekt vasitəsilə "Rembo" olmaq istəyir
23-09-2025, 15:59
3300 il əvvəl hazırlanmış fit tapıblar - Fotolar
23-09-2025, 13:28
Masallıda antik dövrə aid küp məzar tapılıb