İncəsənət aləminə virtual səyahət təşkil olunub - Video
Tarix: 11-08-2021 15:54 | Bölmə: Mədəniyyət
İncəsənət aləminə virtual səyahət təşkil olunub

Qədim tarixə malik Azərbaycanın zəngin muzey kolleksiyalarının ölkəmizdə, habelə, beynəlxalq miqyasda daha geniş auditoriyaya təqdim olunması əsas prioritet məsələlərdən biridir. Bu gün hər bir muzeyin vəzifəsi yerli və xarici qonaqların, o cümlədən turistlərin həm əyani, həm də virtual şəkildə muzey kolleksiyaları üzrə eksponatlar haqqında daha dolğun və ətraflı məlumat almasına imkan yaratmaqdır.

Reyting.az
xəbər verir ki, müasir dövrdə insanlar onlayn informasiya mübadiləsinə üstünlük verirlər. Bununla əlaqədar Mədəniyyət Nazirliyi və nəhəng dünya şirkəti olan “Samsung Electronics”nin birgə əməkdaşlığı nəticəsində Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını bəzəyən dəyərli sənət nümunələrini özündə əks etdirən “İncəsənət kainatına səyahət” adlı layihə hazırlanıb.

Belə ki, mobil telefon (Samsung Galaxy S21 Ultra markalı) vasitəsilə paytaxtımızın füsunkar memarlıq nümunələrindən olan Azərbaycan Milli İncəsənət Muzeyinin binası, ekspozisiyasında sərgilənən rəngarəng rəsm əsərləri, bir-birindən maraqlı xalça, heykəltəraşlıq, keramika, bədii metal və digər sənət nümunələri detallı şəkildə lentə alınaraq bir saatlıq filmdə əks olunub.

Videomaterialı izləmək üçün link:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}