“İgidlərin sözü” Şuşada təqdim olunub - Fotolar
Tarix: 15-07-2022 15:49 | Bölmə: Mədəniyyət
“İgidlərin sözü” Şuşada təqdim olunub

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Yazıçılar İttifaqının təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri yekunlaşıb.

Reyting.az
xatırladır ki, Vaqif Poeziya Günlərinin açılışı tanınmış şair Nigar Həsənzadənin “SÖZ” Ədəbi Birliyinin layihəsi olan “İgidlərin sözü” ilə başlamışdı. “İgidlərin sözü” layihəsinin iştirakçıları 44 günlük Vətən müharibəsində iştirak edən, eləcə də şeir yazan qazilərdir. Vətən uğrunda döyüşən igidlərimiz - Oğuz Alparslan, Miri Abdullayev, Eyvaz Eyyub, Nicat Ağayev, Emin Piri, Tamerlan Əsədov, Kərəm Aydın, Tofiq Əhməd, Həsən Kür, Cavid Haşımov, Səbuhi Qurbanov Molla Pənah Vaqifin məqbərəsi önündə döyüşlərdə və döyüşdən sonra yazdıqları şeirləri səsləndiriblər. İgidlərimizin şeirlərini tədbir iştirakçıları göz yaşları ilə ayaq üstə alqışlayıblar.

“SÖZ” Ədəbi layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “İgidlərin sözü” kitabı da Vaqif Poeziya günlərində kitab sərgisində təqdim olunub. Kitabda 2016-ci ilin Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində şəhid olan, qazi olan və iştirak edən oğulların şeirləri, esseləri, hekayələri toplanıb. Kitabın redaktoru araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürkdür.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}