Teatr mövsümü “Qanlı namə” ilə yekunlaşdırıb - Fotolar
Tarix: 15-07-2022 23:41 | Bölmə: Mədəniyyət
Teatr mövsümü “Qanlı namə” ilə yekunlaşdırıb

Lənkəran Dövlət Dram Teatrında mövsümə yekun vurulub.

Reyting.az
-ın məlumatına görə, gənc rejissor Tərlan Abdullayevin quruluşunda yazıçı-dramaturq İlqar Fəhminin “Qanlı namə” tarixi-psixoloji dramının tamaşası mövsümün son tamaşası olub.

Tarixi faktlara əsaslanan səhnə əsərində 42 il Səfəvilər dövlətinin başçısı olmuş I Şah Abbasın hakimiyyətinin ilk 7 illik dövrü əksini tapıb.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, müsiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Emil Tağıyev, Gülər Kərimli, Əlibala Əsgərov, Allahverən Babayev, Miraslan Ağayev, Səyad Əliyev, Rauf Zeynalov və Arif Xalıqverdiyev ifa ediblər.







Bölməyə aid digər xəbərlər
bütün xəbərlər