17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Muğam müsabiqəsinin finalı Şuşada olacaq
Tarix: 30-07-2022 10:36 | Bölmə: Mədəniyyət
Muğam müsabiqəsinin finalı Şuşada olacaq

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin finalı Şuşa şəhərində olacaq.

Reyting.az
xəbər verir ki, avqustun 5-də başlayan Müğam Televiziya Müsabiqəsinin avqustun 6-da Cıdır düzündə qala konserti keçiriləcək. Konsertdə indiyə kimi keçirilən 8 muğam televiziya müsabiqəsi qaliblərinin ifaları səslənəcək. Çıxışlar illər üzrə duet şəklində təqdim olunacaq.

Xatırladaq ki, müqabiqənin seçim turları regionları əhatə etməklə aprelin 9-dan başlayıb və yarışma mayın 10-dan start götürüb. Müsabiqə həftədə 2 dəfə olmaqla Azərbaycan Televiziyasının canlı efirində 15 həftə ərzində yayımlanıb.

Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən etibarən təşkil olunur. Builki müsabiqəyə azyaşlı iştirakçılar da qatılıb. Final gecəsində münsiflər heyətinin məşvərətindən sonra hər iki qrup üzrə qaliblər elan olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}