00:06 / 21-08-2025
Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib
23:38 / 20-08-2025
Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib
22:37 / 20-08-2025
Qazaxda 5 ay əvvəl törədilmiş qətlin üstü açılıb
18:57 / 20-08-2025
Bakıda 31 yaşlı kişi öldürülüb
18:40 / 20-08-2025
Şavkat Mirziyoyev İlham Əliyevə məktub göndərib
18:00 / 20-08-2025
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib
17:55 / 20-08-2025
Şikayətçi: “Rəqsanə və əri ilə şəxsən görüşüb pulları vermişəm”
17:49 / 20-08-2025
Papuaşvili: Aİ Gürcüstandan Rusiya ilə qarşıdurma tələb etməməlidir
17:36 / 20-08-2025
Putin-Zelenski görüşünə şübhələr artır
17:32 / 20-08-2025
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
17:28 / 20-08-2025
İlham Əliyev və birinci xanım “Hacıkənd”in tikintisi ilə tanış olublar - (Yenilənib) - Fotolar
17:18 / 20-08-2025
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib
17:10 / 20-08-2025
Prezident və birinci xanım Gəncəyə gediblər - (Yenilənib) - Fotolar
17:09 / 20-08-2025
Biləsuvarda gənc bacısının qayınatasını bıçaqlayıb
17:00 / 20-08-2025
Ruslar Ukraynanı “İsgəndər” raketləri ilə vurub
16:24 / 20-08-2025
Çin ilk litoqrafiya qurğusunu yaradıb - Fotolar
16:09 / 20-08-2025
Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir
16:01 / 20-08-2025
ABŞ-da immiqrantlarla bağlı tələblər sərtləşdirilir - Foto
16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
15:42 / 20-08-2025
Bakıda 60 yaşlı kişi öldürülüb - Yenilənib
15:27 / 20-08-2025
Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub
15:09 / 20-08-2025
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
14:57 / 20-08-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
14:46 / 20-08-2025
Rusiyanın nüvə alimi Monqolustanda saxlanılıb
14:38 / 20-08-2025
Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb
14:32 / 20-08-2025
ABŞ silahlarını Ukraynaya 10 faiz baha satırlar
14:15 / 20-08-2025
Rusiyadan Britaniyaya gizli yolla taxta daşıyırlar
14:02 / 20-08-2025
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
13:27 / 20-08-2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:26 / 20-08-2025
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
03:20 / 16-08-2025

21:45 / 18-08-2025

17:57 / 18-08-2025

20:53 / 16-08-2025

19:18 / 18-08-2025

08:20 / 16-08-2025

17:10 / 20-08-2025

12:48 / 16-08-2025

07:52 / 19-08-2025

21:22 / 17-08-2025

07:47 / 18-08-2025

10:41 / 18-08-2025

İdmanı oliqarxlardan xilas edək
Tarix: 22-08-2016 20:40 | Bölmə: Əli ƏLİYEV
Bölməyə aid digər xəbərlər
Tarix: 22-08-2016 20:40 | Bölmə: Əli ƏLİYEV

Beləliklə, "Rio-2016” Yay Olimpiya Oyunları bitdi. Dünya idman yarışları zirvəsinin bir sıra ümumi və bizim üçün xüsusi mahiyyət kəsb edən nəticələri haqda fikir bildirmək mümkün hala gəlib.
Olimpiadanın nəticəsindən aydın görünür ki, böyük idman ilk növbədə güclü iqtisadiyyata malik dövlətlərin inkişaf etdirə bildiyi sahədir. Dünyanın aparıcı G7 formatının 7 dövlətindən 6-sı (ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, İtaliya) oyunların nəticəsi üzrə birinci 10-luqda qərarlaşıb. Bircə Kanada ikinci onluqda yer alıb.
"Rio-2016”-nın medal yüklü birinci heyətinin digər 4 dövlətləri - dünya iqtisadi gücünün ikincisi Çin (3-cü yer), dünya ilə qarşıdurmada olmağına baxmayaraq iddialı nəhəng Rusiya (4-cü yer), Cənubi Koreya (8-ci sıra) və sonuncu Avstraliyadır (10-cu yer).
Bu ardıcıllıq bariz şəkildə göstərir ki, yüksək ayarlı idman birbaşa cəmiyyətin rifahı və dövlətin gücü ilə üzvü şəkildə bağlıdır. Reytinq siyahısında təsadüfün olması, demək olar ki, mümkün deyil.
Maraqlı bir neçə statistik nəticəyə baxaq. Dünyanın siyasi lideri ABŞ ən yaxın izləyicisi və siyasi müttəfiqi Böyük Britaniyadan toplam təqribən 2 dəfə çox mükafata malikdir.
Reytinq siyahısının düzümünə səbəb olan qızıl medalları isə müvafiq olaraq 46 və 27-dir. ABŞ-ın dünya rəqabətinin bütün seqmentlərində üstün olduğunu mübahisələndirməyə ehtiyac qalmır.
Diqqət cəlb edən bir məqam millətlərin bu idman rəqabətində yer almasıdır. Anqlo-saksların qurduğu və yaxud başqa cür ifadə etsək, Birləşmiş Krallığa bu və ya başqa şəkildə aiddiyyatlı olan dövlətlərin göstərdiyi idman uğurları ilgincdir - ABŞ(1), Böyük Britaniya(2), Avstraliya(10), Yeni Zelandiya(19), Kanada(20) birlikdə 257 medal alıblar ki, bunların 89-u yüksək ayarlıdır. İngilis dili ana dili olan bu millətin sistem yaratma qabiliyyətinə həsad aparmamaq olmur. Məhz bu qabiliyyətə görədir ki, dünyanın aparıcı dili ingillis dili, birinci valyutası ABŞ dolları, lideri isə ABŞ-dır.
Diqqət çəkən digər məqam idman yarışlarına dövlət və hökümətlərin rasional və irrasional yanaşmasıdır. Bütün dövlətlər bayraqlarının yüksəlməsində, idmançılarının güclü görünməsində maraqlıdırlar. Lakin idmançıların mükafatlandırılmasına hərə öz ağlı və siyasəti ilə yanaşır.
İdmançılara qızıl medal üçün ən çox mükafat nəzərdə tutan ölkələrin ilk üçlüyü bu ardıcıllıqdadır: -
Sinqapur - 753 000$, İndoneziya - 383 000$, Azərbaycan - 255 000$.
Göründüyü kimi, dünya idmanının liderləri siyahıda yer almayıblar. ABŞ olimpiya çempionlarına cəmi 25 min $ mükafat nəzərdə tutur ki, bunun da 40%-ni vergi formasında geri alır.
Dünya olimpiadalarının əfsanəsi, 22 qat olimpiya çempionu amerikalı üzgüçü Maykl Felps bu dəfə qazandığı 5 qızıl və 1 gümüş medal qarşılığında qazandığı 155 000$-ın 55 000$-nı vergi şəklində xəzinəyə qaytarmalı olacaq.
Böyük Britaniyada isə çempionlara dövlət adına təşəkkürdən başqa heç bir imtiyaz nəzərdə tutulmayıb.
Əhalisi bizim qədər, dövlət büdcəsi isə bizdən təqribən 13-14 dəfə çox olan İsveç də belə prosedurla kifayətlənir.
Bizdə isə bu törən eybəcərlik və ifratçılıq səciyyəsi daşıyır. Olimpiya çempionları siyasi göstərişlə elə həcmdə mükafatla yüklənirlər ki, daha həmin şəxsin idmanda qalması, məşq etməsi, dövləti tanıtması və təbliği üçün bir həvəsi qalmır. Göstərilən fantastik rəsmi mükafat məbləğindən əlavə hər oliqarx xoşa gəlmək üçün çempiona "nə isə etməyi" özünə borc bilir. Bununla da idmançı bitirilir. Belə yanlışlardır ki, "Rio-2016”-nın nəticəsi üzrə Qafqazda özümüzü lider dövlət adlandırmağımıza, insan resurslarımızın 2-3, maddi imkanlarımızın və idmana kapital qoyuluşlarımızın dəfələrlə çox olmasına rəğmən qonşularımızdan fərqlənə bilmədik: 38. Gürcüstan; 39. Azərbaycan; 42. Ermənistan.
Nə qədər ki, biz işlərimizəəsaslı yanaşmayıb, gördüyümüz əməlləri "tozanaq qoparmaq" üçün edəcəyik, nəticələrimiz belə olacaq. İdman məktəbləri yaratmaq, əhalini idmana təşviq və sağlam həyat tərzini təbliğ etmək əvəzinə kənardan gələnləri yedirtdikcə, nəticələrimiz üzü aşağı gedəcək. İdmanı oliqarxlardan xilas etmək lazımdır. Bu nazir-oliqarxlar iqtisadiyyatı nə günə qoydular ki? İdmanı necə abad edəcəklər?
Dünya idmanının məmurlarından kim Bakıda olursa, sonradan rüşvət və dələduzluq üstündə həbs edib işlərindən qovurlar. Buna qədər AFFA ilə dostluq edən Blatter, Platini və digər FİFA məmurları cəzalandırılmışdısa, indi də Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki (Patrick Hickey) Braziliyada həbs edildi.
Bir sözlə, idmanımızı, iqtisadiyyatımızı, cümlə cəmiyyətimizi düz yola çıxarmağın yolu dəyişiklikdən keçir. Hakimiyyətə səslənərək bildirirəm ki, bu düşüncə və yanaşma tərzini dəyişməsəniz ölkə inkişaf etməyəcək. Əksinə, reqres bizi hər addımda təqib edəcək.
Düzəlmək üçün nə isə kəşf etməyə ehtiyac yoxdur. Dünya nümunələrlə doludur. Ağıl sahibləri başqalarının nümunəsində öyrənirlər, yalnız səhv fikirləşənlər prospekt olduğu halda çığır açmağa baş vururlar. Azərbaycansayağı, daha doğrusu, YAP-vari menecmentdən imtina etməyin vaxtı çoxdan çatıb. Dünyaya göz gəzdirib, uyğun model tapmaq o qədər çətin deyildir. Buna sadəcə iradə və güc lazımdır. Əqli güc!
Müəllifin bütün yazıları - Əli ƏLİYEV
Bölməyə aid digər xəbərlər