Çin ABŞ-la sona qədər mübarizə aparacaq
Tarix: 14-10-2025 08:03 | Bölmə: Dünya
Çin ABŞ-la sona qədər mübarizə aparacaq

Çin və ABŞ ticarət nazirliklərinin İşçi qrupları hətta Vaşinqtonun Çin məhsullarına 100 faiz rüsum tətbiq etmək təhlükəsi qarşısında belə əməkdaşlığı davam etdirir.

Reyting.az
xəbər verir ki, bu məlumatı Çin Ticarət Nazirliyindən bildiriblər.

Rəsmi şərhdə dialoqun ikitərəfli ticarət-iqtisadi məsləhətləşmələr çərçivəsində olduğu və bir gün əvvəl İşçi qrupu səviyyəsində müntəzəm danışıqların aparıldığı vurğulanıb.

O da qeyd olunur ki, Çin ABŞ-la ticarət müharibəsində “sona qədər mübarizə aparmağa” hazırdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər