Baş katib: “Bəşəriyyət cəhənnəmin qapılarını açıb”
Tarix: 21-09-2023 14:17 | Bölmə: Siyasət
Baş katib: “Bəşəriyyət cəhənnəmin qapılarını açıb”

BMT Baş katibi Antonio Quterreş hesab edir ki, iqlim böhranının daha da pisləşməsinə icazə verməklə "bəşəriyyət cəhənnəmin qapılarını açıb". Reyting.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Quterreş deyib ki, “bəşəriyyətin cəhənnəmin qapılarını açması” nəticəsində istiləşmə, daşqınlar və meşə yanğınları baş verib.

BMT Baş katibi qeyd edib ki, zəngin ölkələr 2040-cı ilə qədər emissiyaları sıfıra endirməlidirlər. Amma BMT-nin hesabatına görə, buna hamı əməl etmir.

Quterreş əlavə edib ki, ən yoxsul ölkələrin bir çoxu yaratmadıqları iqlim böhranından daha çox əziyyət çəkirlər, amma vəd edilmiş maliyyələşdirmə reallaşmır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}