Deputat Xandanyan: “Ermənistan kommunikasiyaları açmaq istəyir”
Tarix: 03-10-2023 15:39 | Bölmə: Siyasət
Deputat Xandanyan: “Ermənistan kommunikasiyaları açmaq istəyir”

“Qranada görüşündə hansı sənədin imzalanacağını və ya görüşdən sonra necə bəyanatın qəbul ediləcəyini deyə bilmərəm”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.

S. Xandanyanın sözlərinə görə, Ermənistan sülh müqaviləsi imzalamağa hazır olduğunu həmişə deyib və deyir.

Hakim partiyadan olan deputat Ermənistan üçün “qırmızı xətt”dən də söz açıb: “Alma-Ata bəyannaməsinə əsaslanaraq Ermənistanın 29 800 kvadrat kilometr ərazi bütövlüyünə hörmət”.

O əlavə edib ki, Ermənistan da kommunikasiyaların blokunu açmaq istəyir: “Lakin Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində, əgər söhbət onun ərazisindən keçən yollar və kommunikasiyalardan gedirsə”.

Komissiya rəhbəri vurğulayıb ki,
Azərbaycanın nəzarətində olan ermənilərin geri qaytarılması məsələsi də diqqətdə saxlanılacaq.

Deputat deyib ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər